ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.
ABŞ İranın neft sektoruna qarşı yeni sanksiyalar tətbiq edib.
Bu sanksiyalara səkkiz İran vətəndaşı, eləcə də İran, BƏƏ və Türkiyədən dörd şirkət daxildir.
Bundan əlavə, İranın Mahan Air aviaşirkətinə məxsus iki Boeing 777-200ER təyyarəsi ABŞ Maliyyə Nazirliyinin qara siyahısına əlavə edilib.