Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçməsi hər bir hal üçün ayrıca müzakirə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar "Financial Times" qəzetinə bildirib.
O, əlavə edib ki, Hindistan bayrağı altında üzən bütün gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı heç bir razılaşma yoxdur, lakin bu məsələ ilə bağlı İran tərəfi ilə danışıqlar davam edir, çünki onların xeyli hissəsi regionda qalır.
"Bu, yalnız başlanğıcdır. Orada hələ də çoxlu gəmimiz var. Buna görə də, bu, müsbət bir inkişaf hesab edilə bilsə də, müzakirələr davam edir", - deyə o əlavə edib.
Cayşankar həmçinin qeyd edib ki, Hindistan gəmilərinin keçidinə icazə Yeni Dehlidən İrana heç bir güzəşt müqabilində verilməyib.
Hindistan xarici işlər naziri əlavə edib ki, ölkəsi problemləri dialoq və koordinasiya yolu ilə həll etməyə üstünlük verir.