İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 20 nəfər saxlanılıb

09:59 - 15 Mart 2026 - DÜNYA

İran hüquq-mühafizə orqanları Urmiya şəhərində (ölkənin şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin paytaxtı) casusluq və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 20 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Vilayət prokuroru bildirib ki, təhlükəsizlik qüvvələri İsraillə əlaqəli bir neçə muzdlu şəbəkəni müəyyən edib və zərərsizləşdirib.

Agentlik rəsminin sözlərinə istinadən bildirib ki, bu şəxslər sionist düşmənlə əməkdaşlıq ediblər, o cümlədən onlara hərbi, polis və digər təhlükəsizlik obyektlərinin yeri barədə məlumat veriblər.

20 şübhəlinin hamısı müvafiq məhkəmə qərarları əsasında həbs edilib. Hazırda araşdırma aparılır.

Xəbər xətti