"Hizbullah"ın raket korpusundakı İİKK koordinatoru öldürülüb

15:12 - 12 Mart 2026 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda "Hizbullah" raket korpusunda koordinator kimi xidmət edən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirini öldürdüyünü iddia edir.

Ucnoqta.az xəbər verir ki, İMQ-nin sözçü ofisi məlumat yayıb. Qeyd olunur ki, Beyrutda "Hizbullah"ın raket korpusunda fəaliyyət göstərən İİKK komandiri Əbu Məhmədiyə hücum edərək öldürülüb.

İsrail ordusunun məlumatına görə, Məhmədi "Hizbullah" və İran arasında "hərbi koordinasiyada əsas fiqur" olub.

Xəbər xətti