Quterreş İranın xarici işlər naziri ilə telefon danışığı aparıb

23:24 - 10 Mart 2026 - DÜNYA

BMT-nin baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu BMT-nin baş katibinin ofisinin yaydığı bəyanatda bildirilir. Danışıq zamanı Yaxın Şərq münaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlığını bildirib.

Onlar regionda mövcud hərbi eskalasiyanı müzakirə ediblər. Baş katib bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa hörmət etməsinin, mülki şəxslərə və mülki infrastruktura hücum etməkdən çəkinməsinin vacibliyini təkrarlayıb. O, həmçinin mövcud münaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyata təsirindən narahatlığını bildirib.

Xəbər xətti