Naxçıvana dron hücumunda xəsarət alanların vəziyyəti AÇIQLANDI

14:19 - 5 Mart 2026 - ÖLKƏ İÇİ

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AZƏRTAC Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Xəbər xətti