Ötən il Ukraynaya silah alışı üçün 4,8 milyard avro toplanıb

12:56 - 20 Fevral 2026 - DÜNYA

Keçən il Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna üçün ABŞ ehtiyatlarından silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramına 4,8 milyard avro ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Volodimir Zelenskinin Ofisinin rəhbərinin müavini İqor Jovkva məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Krallıq, İslandiya, Latviya, Niderland, Norveç və İsveç 2026-cı ildə bu məqsədlər üçün 584 milyon avro ayırıb.

Jovkva izah etdi ki, Ukraynanın müttəfiqlərindən istədiyi silahların çeşidi döyüşlər zamanı dəyişib. O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin artıq çoxlu sayda tank və zirehli texnikaya ehtiyacı yoxdur, lakin onların dronlara, raketlərə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı artıb.

Xəbər xətti