Azərbaycanda şagirdlər arasında kütləvi zəhərlənmə

09:17 - 17 Fevral 2026 - ÖLKƏ İÇİ

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbin 10-a yaxın aşağı sinif şagirdi dərs vaxtı özlərini pis hiss ediblər. Dərhal məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib.

İlkin məlumata görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Xəbər xətti