Dubaydan qanunsuz qızıl külçələr gətirmək istədilər

12:38 - 12 Yanvar 2026 - Cəmiyyət

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd “PAMP” markalı qızıl külçələr aşkarlanıb.

Xəbər xətti