Kürd koalisiyası Dəməşqlə dialoqu bərpa ediblər

00:11 - 5 Yanvar 2026 - DÜNYA

Kürd koalisiyası "Suriya Demokratik Qüvvələri" (SDF) ölkənin şimal-şərqindəki vəziyyəti həll etmək üçün 4 yanvarda Dəməşqdə keçid hökuməti ilə danışıqlar aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Vətən qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, kürd nümayəndə heyətinə SDF komandiri Məzlum Əbdi rəhbərlik edib. Görüşdə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyanın əməliyyat qərargahına rəhbərlik edən ABŞ generalı Kevin Lambert iştirak edib.

Hökumət mənbəsi nəşrə bildirib ki, 2025-ci ilin dekabr ayında Hələbdə baş verən toqquşmalardan sonra tərəflər arasında dialoqun bərpası "hələ də konkret nəticələr verməyib".
Onun sözlərinə görə, kürdlər hələ də SDF döyüşçülərinin nizami orduya daxil edilməsini və "nəzarətləri altındakı ərazilərin Suriyanın qalan hissəsi ilə yenidən birləşdirilməsini" nəzərdə tutan 10 mart 2024-cü il tarixli razılaşmanın icrasını təxirə salırlar.

Öz növbəsində SDF-nin sözçüsü Fərhad Şami Rudaw TV-yə bildirib ki, Suriyanın şimal-şərqindəki SDF bazalarında üç diviziyanın yaradılması planlaşdırılır.

Onun sözlərinə görə, Dəməşqdə keçirilən görüşdə birgə terrorizmə qarşı mübarizə qüvvələrinin və sərhədləri qorumaq üçün xüsusi briqadanın yaradılması müzakirə olunub. Bundan əlavə, SDF-nin qadın özünümüdafiə bölmələri ayrıca xüsusi qüvvələr bölməsinə birləşdiriləcək.

Xəbər xətti