Erməni idmançı Azərbaycana görə cərimələndi - FOTO

15:25 - 3 Yanvar 2026 - Xəbər

Erməni idmançı idman geyimində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib.

Ucnoqta.az xəbər verir ki, erməni xizəkçisi Mikael Mikaelyan İtaliyada Tur de Ski yarışının başlanğıcında idman geyimində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib.

Beynəlxalq Xizək və Snoubord Federasiyası Azərbaycan Dövlət Turizm Agentliyi ilə beş illik müqavilə imzalayıb və bir neçə yarış zamanı idmançıların geyimlərinə "Odlar Yurdu" adı əlavə edilib.

Mikaelyan yazının üstünü örtərək bununla da narazılığını nümayiş etdirib. Bu səbəbdən Mikaelyan cərimələnib.

Xəbər xətti