Qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkarlandı

10:22 - 3 Yanvar 2026 - HADİSƏ

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti