Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbə endirib

13:23 - 27 Dekabr 2025 - DÜNYA

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən enerji infrastrukturuna "Kinjal" raketləri ilə zərbə endirib.

Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu gecə Ukrayna Silahlı Qüvvələri və Ukrayna hərbi-sənaye kompleksi müəssisələri tərəfindən istifadə edilən enerji infrastrukturu obyektlərinə "Kinjal" hipersəs aeroballistik raketləri də daxil olmaqla, uzaq mənzilli, quru, hava və dəniz əsaslı dəqiq silahlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edərək kütləvi zərbə endirib. Bütün təyin olunmuş hədəflər vurulub.

Xəbər xətti