Busan şəhərində Rusiya gəmisi yanıb

16:01 - 23 Dekabr 2025 - Xəbər

Yonhap Xəbər Agentliyi Cənubi Koreyanın Busan limanında Rusiyaya məxsus soyuducu gəmidə yanğın baş verdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Agentliyin məlumatına görə, bir nəfər xəsarət alıb.

Gəmidə yanğın yerli vaxtla təxminən saat 9:13-də baş verib və yanğınsöndürənlər yerli vaxtla günorta saatlarına qədər alovu söndürüblər.

5800 tonluq gəmi Busanın Yondo dairəsində lövbər salıb.

70 yaşdan yuxarı bir nəfər xəsarət alıb və ürək tutması ilə xəstəxanaya aparılıb. Reanimasiya uğurlu olub. Lakin Newsis-in məlumatına görə, zərərçəkənin vəziyyəti ağır olaraq qalır.///tass

Xəbər xətti