Sumqayıtda 17 yaşlı qız, Bakıda 33 yaşlı kişi binadan yıxılıb öldülər

12:59 - 20 Dekabr 2025 - HADİSƏ

Bakıda 33 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

Dekabrın 19-u saat 11 radələrində 1992-ci il təvəllüdlü Binəli Hüseynov yaşadığı Mircəlal küçəsi ev 145 ünvanındakı 22 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Belə ki, dekabrın 19-u saat 16 radələrində Abşeron rayon sakini 2008-ci il təvəllüdlü Fatimə  Qurbanzadə 16-cı məhəllənin ərazisində yerləşən binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılıb. O da vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti