Aİ ABŞ-a Avropanın daxili işlərinə qarışmamağı tapşırır, lakin Brüssel özü Gürcüstanda suverenlik prinsipini pozub.
Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.
"Bu gün ABŞ-ın hazırkı administrasiyası Avropadakı prosesləri ötən il etdiyimiz kimi qiymətləndirir. Avropa bürokratiyası bunu bəyənmir.
İndi onlar suverenlik prinsipini xatırlayıblar ki, başqalarının daxili işlərinə kənardan müdaxilə etmək qadağandır, baxmayaraq ki, Avropa bürokratiyası Gürcüstanda suverenlik prinsipini gündəlik olaraq pozur. Burada ikili standartlar özünü göstərir. ABŞ administrasiyası Avropa Birliyində gedən prosesləri dəqiq qiymətləndirir və bizim qiymətləndirməmiz son bir neçə ildə də eyni olub", - Kobaxidze bildirib.