ABŞ "S7 Airlines" aviaşirkətinin ixrac imtiyazlarının ləğvini uzadıb

19:08 - 5 Dekabr 2025 - DÜNYA

ABŞ Ticarət Nazirliyi Rusiyanın "S7 Airline"s aviaşirkətinin ixrac imtiyazlarını müvəqqəti olaraq ləğv edən əmri bir il müddətinə uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Federal Reyestrdə dərc edilmiş bildirişdə elan edilib.

ABŞ Ticarət Nazirliyi 24 iyun 2022-ci ildə aviaşirkətin ixrac imtiyazlarının 180 gün müddətinə ləğv edildiyini elan edib. Bu tədbirlər o vaxtdan bəri bir neçə dəfə uzadılıb.

Noyabr ayında departamentin bir hissəsi olan Sənaye və Təhlükəsizlik Bürosu yenidən müddətin uzadılması üçün müraciət edib. Müraciət təsdiqlənib.

Xəbər xətti