Masallıda 4 otaqlı ev yandı

16:49 - 3 Dekabr 2025 - ÖLKƏ İÇİ

Masallı rayonunun Xıl kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 45 m², 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 35 m² sahədə, evə bitişik ümumi sahəsi 30 m² olan tövlənin yanar konstruksiyaları 25 m² sahədə və içərisinə yığılan 2 ton ot bağlaması yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti