Lökbatan qəsəbəsində Çin istehsalı avtomobil yanıb.
Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobilin yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Dongfeng Aeolus E70" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.