Misir Rəfah keçid məntəqəsinin açılmasını təkzib edib

15:24 - 3 Dekabr 2025 - DÜNYA

Misir hakimiyyəti Qəzza zolağı ilə Rəfah sərhəd keçid məntəqəsinin açılması ilə bağlı xəbərləri təkzib edib.

Ucnoqta.az xəbər verir ki, Misir Dövlət İnformasiya Xidməti bu barədə açıqlama yayıb.

Misir Dövlət İnformasiya Xidmətindəki yüksək vəzifəli mənbə bildirib ki, əgər keçid məntəqəsinin açılması ilə bağlı razılıq əldə olunarsa, ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan sülh planında nəzərdə tutulduğu kimi, həm Qəzzadan çıxışlar, həm də anklava giriş üçün açıq olacaq.

Açıqlama Əl-Qahirə Əl-İxbariya televiziya kanalı tərəfindən yayılıb.

Xəbər xətti