Tailandın cənub əyalətlərində daşqın nəticəsində ölənlərin sayı 162-dən 267-yə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, Tailand PBS bu barədə Krallığın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Ən çox ölüm hadisəsi - 142 - ən çox daşqından əziyyət çəkən Sonqxla əyalətində, təxminən 160.000 əhalisi olan Hat Yai şəhərində qeydə alınıb.