Yaponiya Ukraynaya 25 milyon dollar ayıracaq

08:12 - 3 Dekabr 2025 - DÜNYA

Yaponiya hökuməti Ukraynaya mina təmizləməsi və tibbi yardım üçün 4 milyard yen (təxminən 25 milyon dollar) məbləğində qrant verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, bu məsələ ilə bağlı sənədlər Yaponiyanın Ukraynadakı səfiri Masaşi Nakaqome ilə Ukraynanın Daxili İşlər naziri İqor Klimenko arasında mübadilə edilib.

Yaponiya tərəfi müvafiq avadanlıqlarla təmin etməklə və Yapon texnologiyalarını təşviq etmək üçün maarifləndirici tədbirlər keçirməklə mina təmizləmə sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Xəbər xətti