Məşhur turizm məkanı olan Budapeşt dünyanın ən çirkli şəhəri seçilib.
Ucnoqta.az xəbər verir ki, bu, təhlükəsiz baqaj saxlama xidmətləri göstərən Radical Storage şirkətinin araşdırmasına əsasəndir.
Hesabatda qeyd olunur ki, Macarıstan paytaxtının tullantıların utilizasiya sistemi ziyarətçilərin sayının öhdəsindən gələ bilmir. Budapeştin təmizliyi ilə bağlı turist rəylərinin 37,9 faizi mənfidir.
İtaliyanın Roma şəhəri 35,7 faiz mənfi rəylə ikinci yerdədir. ABŞ-ın Las Veqas şəhəri isə 31,6 faizlə ilk üçlüyü tamamlayır.
Florensiya (İtaliya), Paris (Fransa), Milan (İtaliya), Verona (İtaliya), Frankfurt (Almaniya), Brüssel (Belçika) və Qahirə (Misir) də ilk 10-luğa daxil olub.