Niderlanddan Ukraynaya 250 milyon avroluq hərbi dəstək

13:14 - 1 Dekabr 2025 - DÜNYA

Niderland Avropa ölkələrinə ABŞ ehtiyatlarından silah almağa imkan verən PURL təşəbbüsü vasitəsilə Ukraynaya əlavə 250 milyon avroluq hərbi dəstək verəcək.

Ucnoqta.az bildirir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.

Nazir qeyd edib ki, bu, çox qısa müddətdə daha çox hava hücumundan müdafiə sursatı, eləcə də ABŞ ehtiyatlarından F-16 təyyarələri üçün sursat və digər materiallar əldə etməyin yeganə yoludur.

Xəbər xətti