Şanxay Jiaotong Universitetinin tədqiqatçıları atmosferdən içməli suyu birbaşa almağa imkan verən yeni bir texnologiya hazırlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, su toplama sistemində kondensasiya və udma metodlarından, eləcə də istilik nasosundan istifadə olunur. Texnologiyanın yüksək temperatur və aşağı rütubət də daxil olmaqla müxtəlif iqlim şəraitinə uyğunlaşdırıldığı deyilir.
Bu ixtiranın planetin bəzi bölgələrində su çatışmazlığı problemini həll etməyə kömək edəcəyi gözlənilir.