Belarus Vilnüsün Litva-Belarus sərhədini birtərəfli şəkildə bağlamasından sonra qonşu ölkədə qalmış Litva şirkətlərinə məxsus yük maşınlarının Litvaya qayıtmasına icazə verməkdən imtina etdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Baltikyanı respublikanın Baş nazirinin müşaviri İqnas Dobrovolskas məlumat verib.
Müşavirin sözlərinə görə, Litvanın sərhədləri Litva və Aİ daşıyıcıları üçün açıqdır.
"Belarus mülki aviasiyanın təhlükəsizliyini təhdid edən qaçaqmalçıların şarları ilə mübarizə aparmamaqla maneələr yaradır və vəziyyəti gərginləşdirir", - Dobrovolskas bildirib.