vropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen 9-10 noyabr tarixlərində Kolumbiyada keçirilən Aİ-CELAC sammitində iştirakdan imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat verib.
Komissiyanın sözçüsü Olof Gill brifinqdə bildirib ki, "Aİ-CELAC sammitində dövlət və hökumət başçılarının iştirakının gözlənilən aşağı səviyyəsini nəzərə alaraq, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sammitdə iştirak etməyəcək və bu məsuliyyəti Aİ-nin Xarici Siyasət Direktoru Kaja Kallasa həvalə etdi".