Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının oktyabrın 20-i saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.