ABŞ Qəzza zolağının yenidən bərpasında iştirak edəcək

16:51 - 13 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Qəzza zolağının yenidən qurulmasında iştirak edəcəyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Knessetdə (İsrail parlamenti) çıxışı zamanı Tramp Fələstin anklavının sakinlərinin “sabitlik, təhlükəsizlik, ləyaqət və iqtisadi inkişafın əsaslarının bərpasına diqqət yetirməli” mövqeyini açıqlayıb.

"Biz çox məşhur olan bir şey edəcəyik; hamı bunun bir parçası olmaq istəyir. Bu, "sülh şurası" adlanır", - deyə Tramp bunun anklavın yenidən qurulması üçün vəsait ayıracağını izah edib.

"Mən ərəb və islam ölkələrinə Qəzza zolağında və ondan kənarda yenidənqurmanın təmin edilməsi səylərinə kömək etmək öhdəliyinə görə təşəkkür etmək istərdim. Bir çox ərəb ölkələri, çox varlı ölkələr Qəzzanın yenidən qurulmasına inanılmaz resurslar yatırmağa hazır olduqlarını bildiriblər", - Ağ Ev rəhbəri qeyd edib.

Xəbər xətti