Goranboyda iki yeniyetmə qızı maşın vurub

19:38 - 12 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Goranboyda iki piyadanı maşın vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.

Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti