20 ölkə "Sülh Sammiti"ndə iştirakını təsdiqləyib

19:27 - 12 Oktyabr 2025 - DÜNYA

Ən azı 20 ölkədən nümayəndə oktyabrın 13-də Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək Sülh Sammitində iştirakını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

Sammitdə Azərbaycan, Ermənistan, Bəhreyn, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Hindistan, İndoneziya, İordaniya, İspaniya, İtaliya, Kipr, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Türkiyə, ABŞ, Fransa və Almaniya liderlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir”, - deyə Misirin “Əl-Qahirə Əl-İxbariya” telekanalı tərəfindən yayılan əs-Sisinin ofisindən verilən açıqlamada deyilir.

Xəbər xətti