Meksikada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.
Ucnoqta.az bildirir ki, bu barədə Reuters xəbər verir. Uzun sürən yağışlar ölkənin bir sıra rayonlarında geniş daşqınlara, elektrik enerjisinin kəsilməsinə və çayların daşmasına səbəb olub.
Mülki Müdafiə Xidmətinin məlumatına görə, Hidalqo ştatında 16 nəfər ölüb. 1000-ə yaxın ev və yüzlərlə məktəbə ziyan dəyib.
Puebla qubernatoru Alejandro Armenta sürüşmə və digər hadisələr nəticəsində 9 nəfərin öldüyünü bildirib. Bölgədə daha 5 nəfər hələ də itkin düşüb.
Yerli hakimiyyət Verakruz ştatında da iki ölüm faktını qeydə alıb.