ABŞ BƏƏ-yə bir neçə milyard dollar dəyərində çip satışını təsdiqləyib

09:02 - 9 Oktyabr 2025 - DÜNYA

Vaşinqton BƏƏ-yə bir neçə milyard dollar dəyərində yüksək texnologiyalı Nvidia çiplərinin satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Məlumata görə, ABŞ Ticarət Departamentinə daxil olan Sənaye və Təhlükəsizlik Bürosu may ayında Əbu-Dabi ilə imzalanmış müqaviləyə uyğun olaraq daha əvvəl Nvidia ixrac lisenziyaları verib.

Agentliyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi BƏƏ-nin ABŞ-da dəqiq investisiya planı təqdim etməsindən sonra sazişin icrası irəliləyib.

İnvestisiya məbləği və təsdiqlənmiş çip daşınmasının dəqiq həcmi hələ açıqlanmayıb.

Xəbər xətti