Yollarda tıxac var - Siyahı

08:34 - 9 Oktyabr 2025 - AVTO

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Babək prospekti, mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti