HƏMAS Yəhya Sinvarın cəsədinin qaytarılmasını tələb edir

12:46 - 8 Oktyabr 2025 - DÜNYA

Fələstinin HƏMAS hərəkatı İsraildən girovların azad edilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi olaraq Qəzzanın radikal liderləri Yəhya Sinvar və onun qardaşı Məhəmmədin cəsədlərini qaytarmağı tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkata yaxın olan Fələstinin Maan xəbər agentliyi məlumat yayıb.

Maan xəbər agentliyinin məlumatına görə, HƏMAS nümayəndələri Misirdə Qəzza ilə bağlı davam edən məsləhətləşmələrdə girovların dəyişdirilməsi müqaviləsinə Yəhya Sinvar və onun kiçik qardaşı Məhəmmədin cəsədlərinin hərəkata təhvil verilməsi öhdəliyini ehtiva etməsini tələb ediblər.

İsrail son vaxtlara qədər Yəhya Sinvarı terrorizmin simvolu hesab edərək onun cəsədini qaytarmaqdan qəti şəkildə imtina edirdi.

Xəbər xətti