Trampın yeni tarifləri Meksikaya 15 milyard dollara başa gələ bilər

10:52 - 8 Oktyabr 2025 - DÜNYA

Tramp administrasiyasının noyabrın 1-də tətbiq etməyi planlaşdırdığı yük maşınlarına yeni tariflər Meksikaya 15 milyard dollara başa gələ bilər.

Ucnoqta.az bildirir ki, bu qiymətləndirməni Meksikanın iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Luis Rozendo Qutierrez verib. Qeyd olunur ki, çünki bu ölkə ABŞ-a yük maşınlarının əsas tədarükçüsüdür.

Bloomberg-in təşkil etdiyi forumda o, ağır yük maşınlarına tətbiq edilən tariflər 15 milyard dollarlıq ixracata təsir edəcəyini deyib.

O əlavə edib ki, Meksika Birləşmiş Ştatların aldığı ağır yük maşınlarının 70%-ni təmin edir və bu, onları ölkə iqtisadiyyatı üçün mühüm edir.

Xəbər xətti