İsrail və Həmas Qəzza razılaşmasına yaxındır

08:00 - 8 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Qəzza zolağı və Yaxın Şərqdə sülhün bərqərar olması ilə bağlı İsrail və HƏMAS arasında Misirdə Amerika və Ərəb vasitəçilərinin köməkliyi ilə davam edən danışıqlarda irəliləyiş əldə olunduğunu bəyan edib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"Düşünürəm ki, Qəzzədəki vəziyyətdən kənarda belə, Yaxın Şərqdə sülhə nail olmaq ehtimalımız var. Biz girovların dərhal azad edilməsini və s. istəyirik", - o,  deyib.

Tramp qeyd edib ki, tərəflər “Yaxın Şərqə sülh gətirəcək razılaşma əldə etməyə çox yaxındırlar.Hər kəsin buna əməl etməsi üçün əlimizdən gələni edəcəyik" - Amerika prezidenti əlavə edib. 

Xəbər xətti