Texas Milli Qvardiyası qoşunları İllinoys ştatına gəlib

00:00 - 8 Oktyabr 2025 - DÜNYA

Texas Milli Qvardiyası qoşunları cinayətlə mübarizədə federal hakimiyyət orqanlarına kömək etmək üçün İllinoys ştatına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Telekanalın məlumatına görə, Texas Milli Qvardiyasının əsgərləri Çikaqo ətrafında yerləşən hərbi təlim mərkəzində görüntülənib.

Oktyabrın 6-da Texas qubernatoru Qreq Abbott Texas Milli Qvardiyasının qoşunlarının “ölkənin müxtəlif bölgələrinə” yerləşdirilməyə hazırlaşdığını açıqlamışdı.

Xəbər xətti