Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov bildirib ki, oktyabrın 10-da prezident Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
O qeyd edib ki, görüşdə Rusiya lideri ilə yanaşı, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan prezidentləri, Ermənistanın baş naziri də iştirak edəcək.