Madaqaskarda etirazçılar prezidentə ultimatum veriblər

14:14 - 7 Oktyabr 2025 - DÜNYA

Madaqaskarda hökumət əleyhinə etirazlar təşkil edən Z nəsli hərəkatı prezident Andri Rajoelinaya ultimatum verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Orange məlumat yayıb. Bildirilir ki, müxalifət tələblərinin 48 saat ərzində yerinə yetirilməsini tələb edib, əks halda ümumi siyasi tətil keçirəcəklərini vəd ediblər.

Hərəkat prezidentin oktyabrın 6-da yeni baş nazir Rufain Zafisambanın təyin edilməsi və milli birlik hökumətinin formalaşdırılması ilə bağlı açıqlamasını təxribat taktikası kimi qiymətləndirib. Müxalifət prezidentin istefasını və hökumətin siyasətinin əsaslı şəkildə dəyişdirilməsini, həmçinin su və elektrik enerjisi təchizatında asayişin bərpasını tələb edir.

Antananarivoda etirazçılar yenidən küçələrə çıxıblar. “Midi Madaqasikara” qəzetinin yazdığına görə, təhlükəsizlik qüvvələri şəhərin mərkəzinə yaxınlaşmaları əngəlləyir və şəhərdə nəqliyyatın hərəkəti iflic olub.

Xəbər xətti