Qəzzada hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur - BMT

14:11 - 7 Oktyabr 2025 - DÜNYA

İsrailin Qəzza zolağındakı hərəkətləri nəticəsində orta hesabla hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur.

Ucnoqta.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi Rikardo Pires deyib.

Onun sözlərinə görə, artıq iki ildir ki, Fələstin anklavında böhranın ən yüksək qiymətini uşaqlar ödəyir.

“HƏMAS-ın İsraildə törətdiyi dəhşətli hadisələrdən sonra 61 min uşaq öldürülüb və ya şikəst olub, ardınca İsrailin qeyri-mütənasib reaksiyası bu günə qədər davam edir”.

"Bu o deməkdir ki, orta hesabla hər 17 dəqiqədə bir uşaq öldürülür və ya şikəst olur. Bu, qəbuledilməz, heyrətləndirici rəqəmdir ki, biz bu gün də yaşamağa məcburuq", - Pires yekunlaşdırıb.

Xəbər xətti