Türk dünyası qlobal güc mərkəzi kimi formalaşmaqdadır - Hikmət Hacıyev

12:50 - 7 Oktyabr 2025 - SİYASƏT

Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, toplantı “Sülh və təhlükəsizlik” mövzusuna həsr olunub:

"Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas prioritet olaraq qalır. Türk dünyası ortaq ailədir və qlobal güc mərkəzi kimi formalaşmaqdadır".

Xəbər xətti