Ermənistanın ikinci prezidenti Robert Köçəryan komandasının 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Köçəryan çərşənbə axşamı mətbuat konfransında bildirib.
"2021-ci il seçkilərində iştirak göstərdi ki, mənim müəyyən təsir gücüm və konsolidasiya qabiliyyətim var. Biz bunu kifayət hesab edirikmi? Xeyr. Biz birləşə biləcəyimiz yeni qüvvələrin meydana çıxmasını istərdik. Bəli", - sabiq prezident deyib.
Şəxsi iştirakına gəlincə, o, bildirib ki, hansısa partiya seçkidə iştirak edirsə, onun lideri də iştirak edəcək.