Cəlilabad rayonunda heyvanlar arasında kütləvi dabaq xəstəliyi müşahidə olunur.
Ucnoqta.az "Report"a istinadla xəbər verir ki, xəstəlik daha çox rayonun Sərhədabad və Adnalı kəndlərindəki iribuynuzlu heyvanlar arasında yayılıb.
Sakinlərin bildirdiyinə görə, xəstəliyin əsas ocağı həftənin bazar günləri fəaliyyət göstərən heyvan bazarıdır. Çünki satış üçün bazara aparılan iribuynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları qeydə alınır. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir.
Hazırda rayon ərazisində daha çox heyvan alveri ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabağa yoluxmuş heyvanlara rast gəlinir.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək”, - o qeyd edib.