Avropalılar müharibə təhlükəsini öz üzərlərində hiss etməlidirlər.
Ucnoqta.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Max kanalında Avropanı bürüyən dron narahatlıq epidemiyasını şərh edərkən bildirib.
"Əslində, "Rusiya pilotsuz təyyarələri" ətrafında yaranan çaxnaşma sadalanan səbəblərdən hər hansı biri və ya onların birləşməsi nəticəsində yarana bilər. Əsas məsələ bu deyil. Önəmli olan odur ki, bu dar düşüncəli avropalılar müharibə təhlükəsini öz üzərlərində yaşayırlar. Ona görə də onlar sürüdəki lal heyvanlar kimi qırğına sürülüb qorxub titrəyirlər.
Onlar öz yaxın və ağrılı sonlarını gözləyərək qorxu içində boğulsunlar” -o, yazıb.