Oktyabrın 6-na keçən gecə Rusiyanın bir sıra hava limanları fəaliyyətini müvəqqəti dayandırıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Soçi, Nijni Novqorod, Gelendjik, Tambov, Yaroslavl, Krasnodar və Kaluqa hava limanları uçuşları dayandırıb.
Bu arada Rusiyanın yerli ictimai qrupları bir neçə bölgədə partlayışların baş verdiyini bildiriblər.
Federal Hava Nəqliyyatı Agentliyi hava limanının dayandırılmasının səbəblərini açıqlamayıb, lakin qeyd edib ki, “məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir”.