Gürcüstanda külli miqdarda silah və partlayıcı maddə ələ keçirilib

18:23 - 5 Oktyabr 2025 - DÜNYA

Gürcüstanda oktyabrın 4-də törədilən təxribat üçün nəzərdə tutulan külli miqdarda silah və partlayıcı maddə ələ keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Xidmətin məlumatına görə, prezident iqamətgahını ələ keçirməyə cəhdlə paralel olaraq Tbilisidə silah və partlayıcı maddələrin iştirakı ilə təxribat əməliyyatları planlaşdırılıb.

Tbilisinin mərkəzinə silah və partlayıcı aparmalı olan şəxslər zərərsizləşdirilib.

Xəbər xətti