8 aptekdə nöqsan aşkarlanıb

17:35 - 3 Oktyabr 2025 - Xəbər

Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.

Xəbər xətti