"Azərbaycan infrastrukturundan istifadə etməklə yük göndərə və qəbul edə bilərik" - Mirzoyan

10:46 - 3 Oktyabr 2025 - Xəbər

Ermənistan əsas benefisiarlardan biri olduğu üçün Azərbaycanla kommunikasiyaların sürətlə qurulmasında, açılmasında və bərpasında son dərəcə maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Polşanın TVP World kanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Əgər biz dəmir yolu əlaqələri haqqında danışsaq, ekspertlər hesab edirlər ki, onların tikintisi ən azı iki il çəkə bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturundan və ərazisindən istifadə etməklə yük göndərə və qəbul edə bilərik", - Mirzoyan bildirib.

O xatırladıb ki, Azərbaycanla sülh sazişinin mətni artıq paraflanıb. Ermənistan tərəfi bu müqaviləni ən qısa zamanda imzalamağa hazırdır.

Xəbər xətti