Qəzza zolağının Fələstin əhalisinə humanitar yardım aparan və İsrail hərbçiləri tərəfindən qarşısı alınmayan Sumud flotiliyasının yeganə gəmisi anklav sahillərinə doğru üzməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, missiya sözçüsü bu barədə Əl-Cəzirə telekanalında məlumat verib.
“İsrail hələ də Qəzzaya doğru üzən “Marinet” gəmisi istisna olmaqla, bütün gəmilərin qarşısını alıb" - o, deyib.